Şirvan milli parkına nəqliyyat vasitələri təqdim edilib – FOTO

Şirvan milli parkına nəqliyyat vasitələri təqdim edilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan milli parkının ərazisində fəaliyyət göstərən, neft hasilatçısı “Salyan Oil LTD” şirkəti turistlərin gəzdirilməsi üçün milli parka iki safari nəqliyyat vasitəsi təqdim edib.

TİA.AZ xəbər verir ki, təqdimetmə tədbirində Ekologiya  və Təbii Sərvətlər Nazirliyinin məsul şəxsləri və “Salyan Oil LTD”nin rəhbərliyi iştirak edib.
Qeyd edək ki, safari tipli müasir nəqliyyat vasitələri parkda infrastrukturun yaxşılaşdırılmasına və ekoturizm fəaliyyətinin inkişafına töhfədir.