Sinif yoldaşının yandırdığı şagirddən XƏBƏR VAR

Sinif yoldaşının yandırdığı şagirddən XƏBƏR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

286 nömrəli məktəbdə sinif yoldaşı tərəfindən yandırılan şagirdin hazırki vəziyyəti açıqlanıb.

 Tribuna.az xəbər verir ki, TƏBİB-dən Trend-ə bildirilib ki, uşağın vəziyyəti ağırdır:

“Dünənyanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir”.

Qeyd edək ki, hadisə dünən baş verib. Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.