Günah təkcə qumbara partladanda deyil. Həkimlərlə xalqı bir-birinə düşmən edən kağız üzərində pulsuz, gerçəkdə pullu olan bu səhiyyə sistemimizdir.
Tribuna.az xəbər verir ki, bu sözləri jurnalist Zülfiyyə Qurbanova deyib.
“Bu gün Millo Onkologiya Mərkəzinə xəstə yanına getmişdim. Bu mənzərə ilə qarşılaşıb, üzüldüm. İllərlə oxu, üstəlik illərlə təcrübə keç, həkim işləmək üçün təzədən sertifikasiya imtahanı ver, təzə-təzə əziyyətinin bəhrəsini görməyə başlayanda xidmət etdiyin səhiyyə sisteminin qurbanı ol.
Günahı təkcə qumbara partladanda görmürəm. Həkimlərlə xalqı bir-birinə düşmən edən kağız üzərində pulsuz, gerçəkdə pullu olan bu səhiyyə sistemimizdir”.
Xatırladaq ki, 30 aprel tarixində Milli Onkologiya Mərkəzində baş vermiş partlayışda ağır yaralanmış həkim-radioloq Asif Nəsirli ölüb.
Gülşən Rəsul









