“SEBA Fito Tibb” mərkəzi cərimələndi… Sabah məhkəmədir

“SEBA Fito Tibb” mərkəzi cərimələndi… Sabah məhkəmədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“SEBA Fito Tibb” mərkəzi kimi tanınan Koreya Kyung Hee Universitetinin Bakıdakı Şərq Təbabəti Klinikası barəsində icraat başladılıb.

Tribuna.az xəbər verir ki, klinika İnzibati Xətalar Məcəlləsinin vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan 464-cü maddəsinin tələblərini pozub.

Klinika məcburi auditdən yayınıb.
Belə ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə – vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Klinikanın işinə sabah, 26 yanvar tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.