“Sabah” onun üçün 1 milyon avro ödədi

“Sabah” onun üçün 1 milyon avro ödədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sabah” müdafiəçi Timoteuş Puxaçın transferi üçün Almaniyanın “Holştayn Kil” klubu ilə danışıqları uğurla yekunlaşdırıb.

Tribuna.az  xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.

Bildirilib ki, “Sabah” 27 yaşlı futbolçunun transfer hüquqlarına sahib çıxıb.

Polşalı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Puxaç ötən ilin sentyabrından “Sabah”ın uğurları üçün çalışır. O, cari mövsüm bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 2 qol vurub və 12 məhsuldar ötürmə edib.

Almaniyanın “Holştayn Kil” klubunun idman direktoru Olaf Rebbe açıqlamışdı ki, Puxaç üçün “Sabah”dan 1 milyon avro istəyiblər. Masazır klubu həmin məbləği ödəyib.