Ruslar daha bir istiqamətdə irəliləyiblər: “Müvəqqətidir”

Ruslar daha bir istiqamətdə irəliləyiblər: “Müvəqqətidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu dünəndən etibarən Mirnoqrad şəhəri istiqamətində hücumlarını intensivləşdirərək, irəliləyiblər.

Tribuna.az xəbər verir ki, bu barədə “Ukrinfo” saytı məlumat yayıb.

Məlumat Ukrayna Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənib. Məlum olub ki, ruslar Mirnoqradla yanaşı, Pokrovski istiqamətində də irəliləyiblər.

Hərbi ekspert Mixaylo Jiroxov isə hesab edir ki, Ukrayna Müdafiə Qüvvələrinin Donetsk vilayətindəki Pokrovskoye və Mirnoqraddan kənara çıxan digər mövqelərə çəkilməsi zaman məsələsidir. Onun sözlərinə görə, bu şəhərlər uğrunda döyüşlər Rusiya işğalçı qüvvələrinin say üstünlüyünün nəticəsi idi. Əlverişli hava şəraiti də burada rol oynayıb.

Fərda Uğur