ROMA PAPASI ƏMƏLİYYAT OLACAQ

ROMA PAPASI ƏMƏLİYYAT OLACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vatikandan verilən açıqlamada Katolik Kilsəsinin ruhani lideri Papa Fransiskin bu gün əməliyyat olunacağı bildirilib.

Tribuna.az Haber Global-a istinadən xəbər verir ki, Papanın bir neçə gün xəstəxanada müalicə olunacağı bildirilir.

Açıqlamaya görə, son vaxtlar səhhətində problemlər yaranan Papa Romadakı Gemelli xəstəxanasına aparılıb və bu gün qarın nahiyəsindən əməliyyat olunacaq.

Qeyd olunub ki, 86 yaşlı Papa Fransisk əməliyyat olunmağa qərar verib və Papa bir neçə gün xəstəxanada müalicə alacaq.