Rəşidə Rəşid həyat yoldaşını belə təqdim etdi – FOTO

Rəşidə Rəşid həyat yoldaşını belə təqdim etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Rəşidə Rəşid həyat yoldaşı, jurnalist və publisist Kamil Şahverdinin fotosunu sosial şəbəkədə paylaşıb.

Sənətçi paylaşımında həyat yoldaşı haqqında xoş sözlər yazıb və onu həyatının dayağı adlandırıb:

“Bu, mənim həyat yoldaşımdır. Hansı ki, bütün ömrü boyu mənimlədir. Mənim dayağım. O, heç vaxt titul dalınca qaçmayıb, heç kimin qarşısında yaltaqlanmayıb. Əvəzində onun mənəvi və intellektual potensialı mükafatlarla bəzədilmiş insanlarınkından müqayisəolunmaz dərəcədə yüksəkdir.

Əgər tanımayan varsa, tanış olun: Jurnalist, publisist, televiziya əməkdaşı, ssenarist və ictimai xadim. Avrasiya Beynəlxalq Kinematoqrafiya Akademiyasının akademiki Kamil Şahverdi”.