“Real Madrid” mövsümdə ilk məğlubiyyətini aldı

“Real Madrid” mövsümdə ilk məğlubiyyətini aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya La Liqasında IV tura start verilib.

Tribuna.az  xəbər verir ki, turun ilk günündə bir qarşılaşma baş tutub. “Real Madrid” səfərdə “Real Betis”lə üz-üzə gəlib.

Gərgin keçən görüşün taleyini bir qol həll edib. Troy Perrottun 81-ci dəqiqədə fərqlənməsi ev sahiblərinə qələbə qazandırıb.

Qeyd edək ki, “Real Madrid”in heyətində Kilyan Mbappe əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə penaltidən yararlana bilməyib.