Ana olan Barbara Palvindən podiumda ŞOU – Video 

Ana olan Barbara Palvindən podiumda ŞOU – VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur model Barbara Palvin ana olduqdan cəmi altı həftə sonra “Victoria’s Secret” moda nümayişində iştirak edib.

Tribuna.az xəbər verir ki, 33 yaşlı macar model oktyabrın 18-də Los-Ancelesdə keçirilən dəfilədə podiuma çıxıb. Onun doğuşdan qısa müddət sonra nümayişdə iştirakı diqqət çəkib.

Barbara Palvin çəhrayı, şəffaf detalları olan geyimdə podiumda addımlayıb. Onun həyat yoldaşı, aktyor Dylan Sprouse da nümayişi ön sıradan izləyərək modelə dəstək olub.

Cütlüyün ilk övladı olan qızları sentyabrın 7-də dünyaya gəlib. Beləliklə, model ana olduqdan təxminən altı həftə sonra məşhur moda nümayişinə qayıdıb.

Palvinin qüsursuz bədəni, doğumdan sonra çəkisini bərpa etməsi diqqət çəkib.

Gülşən Rəsul