Trampın elçiləri Zelenski ilə görüşüb, yenə Moskvaya gedəcəklər

Trampın elçiləri Zelenski ilə görüşüb, yenə Moskvaya gedəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika və Ukrayna rəsmiləri yaxın vaxtlarda danışıqlar aparacaq.

Musavat.com Axios-a istinadən xəbər verir ki, bundan sonra ABŞ prezidentinin elçiləri Stiv Uitkoff və Cared Kuşner danışıqlar üçün Moskvaya gedə bilərlər:

“Ukrayna Prezidenti Volodimir Zelenski senatorlara gələn həftə Osloda olacağını və çərşənbə axşamı və ya çərşənbə günü Uitkoff və Kuşnerlə görüşə biləcəyini bildirib”.

Məsələ ilə tanış olan mənbənin məlumatına görə, Ukrayna rəsmiləri ilə görüşdən sonra Kuşner və Uitkoff Vladimir Putinlə görüşmək üçün Oslodan Moskvaya gedə bilərlər.