Hökumət insanları növbəli iş qrafiki ilə çalışdıraraq paytaxtn nəqliyyat yükünü azaltmağa çalışır, Azərbaycan Dəmir Yolları – ADY isə əksinə, yarıtmaz cədvəl siyasəti ilə işə pəl vurur.
Tribuna.az xəbər verir ki, bu barədə jurnalist Sevinc Paşayeva sosial şəbəkə hesabında yazıb. O bildirib ki, ADY-nin tətbiq etdiyi qrafik vağzalda sıxlığa, izdihama səbəb olur:
“Eyni vaxtda bu qədər insanın “28 May”a tökülüşməyi bilirsiz nə deməkdir?
Metronun məhdudiyyətlə çalışdığı, M avtobuslarının sərnişin yükünə tab gətirmədiyi zamanda…
Hələ də başa düşə bilməmişəm ki, bu qurum öz işini hansı analiz, hansı monitorinq əsasında qurur. Üstəlik, ictimai rəyi də qulaqardına vururlar…”.
Məsələ ilə bağlı ADY-nin mövqeyini dərc etməyə hazırıq.
Gülşən Rəsul









