“Artıq bir ildən çoxdur ki, üzərində çalışdığımız və qüvvəyə minərək tətbiqinə başlanılan Rəqabət Məcəlləsində yeni anlayışlar yer alıb”.
Tribuna.az xəbər verir ki, bu sözləri “Komplayens Assosiasiyası” Prezident Administrasiyasının qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov deyib.
O qeyd edib ki, yeni anlayışlardan biri də etibarsız təchizatçı anlayışıdır:
“Əgər şirkət qaydaları pozur və bu siyahıya daxil edilirsə, onun iqtisadi fəaliyyətdə iştirak imkanları məhdudlaşır. Komplayens mədəniyyəti olmadıqda, əlbəttə, belə bir siyahıya düşmək daha asan olur”.
Onun sözlərinə görə, komplayens siyasətinə malik olan və ona əməl edən şirkət azad rəqabət mühitinin qorunmasına töhfə verir:
“Bəli, rəqabət qaydalarını pozan və komplayens prinsiplərinə əməl etməyən şirkətin gəlirləri və dövriyyəsi qısa müddətdə arta bilər. Belə bir şirkət müəyyən müddət ərzində əlavə qazanc da əldə edə bilər. Lakin bu qazanc müvəqqəti ola bilər. Uzunmüddətli və dayanıqlı şirkət qurmaq üçün komplayens prinsiplərinə riayət etmək zəruridir”.
“Komplayens üzrə tədbirlər, maarifləndirmə və əməkdaşların komplayens şüurunun artırılması nəticə etibarilə şirkətin ölkədə azad rəqabət mühitinə töhfə verməsinə şərait yaradır. Azad rəqabət mühitində qiymət manipulyasiyasına, tenderlərə qanunsuz müdaxiləyə və nüfuz alverinə yol verilməməlidir, – deyə o, əlavə edib.









