Zəngəzur dəhlizindən Rusiyaya pay?!

Zəngəzur dəhlizindən Rusiyaya pay?!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com “Sputnik Ermənistan”a istinadən verdiyi məlumatda bildirilir ki, İranın regional mövqeyinin güclənməsinin TRIPP layihəsinin gələcəyinə də təsir göstərir. İddiaya görə, gələcəkdə layihədəki səhmlərdən İranın strateji tərəfdaşı olan Rusiyaya pay verilə bilər. Ekspertlər bu ehtimalı Ermənistanın xarici siyasətində müşahidə etdiyi dəyişikliklərlə əlaqələndirirlər. Belə ki, son aylar İrəvanda Avropa İttifaqına üzvlük perspektivlərinə daha skeptik yanaşılır, Rusiya ilə münasibətlər isə yenidən “qardaşlıq” münasibətləri kimi təqdim edilir.

Tramp Zəngəzur dəhlizindən Putinə pay verib": Gizli razılaşmanın ŞOK  DETALLARI

Qeyd edək ki, TRIPP nəqliyyat layihəsində ABŞ-ın 74 faiz, Ermənistanın isə 26 faiz paya sahib olması nəzərdə tutulur. Layihə ilə bağlı razılaşmaya əsasən, bu bölgü ilk 49 il üçün müəyyənləşdirilib. Növbəti 50 illik dövrdə isə ABŞ-ın payının 51 faizə, Ermənistanın payının 49 faizə çatması planlaşdırılır. Layihənin səhmdar strukturu Ermənistanın ABŞ-la əldə etdiyi razılaşma çərçivəsində müəyyənləşdirilib. Bununla belə, pay bölgüsünün dəyişdirilməsi və digər tərəflərin layihəyə cəlb olunması məsələsi ayrıca razılaşmalar tələb edə bilər.

TRIPP layihəsində Rusiyanın iştirakı hələlik təsdiqlənməyib. Ermənistan və ABŞ-ın bu ilin yanvarında imzaladıqları birgə sənədə əsasən, səhmdarların dəyişdirilməsi üçün hökumətlərin əvvəlcədən razılığı vacibdir. İrəvan üçün əsas məsələ yalnız layihədəki səhmlərin kimə məxsus olması deyil, həm də Zəngəzur üzərindən keçəcək nəqliyyat xəttinə kimin nə dərəcədə nəzarət edəcəyidir. Rusiya bu layihədə pay sahibi olarsa, Moskvanın Cənubi Qafqazdakı iqtisadi və nəqliyyat maraqlarını genişləndirmək imkanı yarana bilər. Eyni zamanda, belə bir dəyişiklik ABŞ-ın layihədə iştirakı və Ermənistanın Qərblə əməkdaşlıq xətti baxımından yeni suallar doğurar. Azərbaycan üçün isə əsas məsələ Naxçıvanla maneəsiz bağlantının təmin edilməsi və marşrutun siyasi mübahisələrdən asılı vəziyyətə düşməməsidir.

Bu ehtimalın müzakirə olunması təsadüfi deyil: Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 15-də Moskvanın TRIPP layihəsinə dəvət almadığını, lakin regional infrastruktur layihələrində iştirak etməyə hazır olduğunu bildirib.

Sonda yada salaq ki, “TRIPP+ fonduna” rəhbərlik Rusiya doğumlu iş adamı Konstantin Sokolova həvalə edilib.