Navai ilə bağlı elə QƏRAR verildi ki…

Navai ilə bağlı elə QƏRAR verildi ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda narkotik qaçaqmalçılığı şübhəsi ilə həbs edilən məşhur reper Navai (Nəvai Bəkirov) istintaq təcridxanasından zəmin müqabilində azadlığa buraxılıb.

Tribuna.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Reper oktyabrın 13-də Qırğızıstandan Qazaxıstana keçərkən “Korday” sərhəd-keçid məntəqəsində saxlanılıb.

Yoxlama zamanı avtomobilin sürücü oturacağının cibindən 2,5 qram marixuana aşkar edilib.

Nəqliyyat vasitəsində Navai ilə yanaşı onun meneceri və sürücüsü də olub. İlkin olaraq hər üç şəxs saxlanılsa da, sonradan menecer və sürücü sərbəst buraxılıb.

Dindirilmə zamanı Navai maddəni Bişkekdə aldığını bildirib. Oktyabrın 15-də məhkəmənin qərarı ilə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Bu səbəbdən sənətçinin oktyabrın 14-də Astanada planlaşdırılan konserti ləğv edilib, tur çərçivəsindəki digər çıxışları isə təxirə salınıb.

Reperin vəkili Rena Kərimova oktyabrın 19-da təcridxanada sənətçiyə baş çəkdiyini, onun səhhətinin stabil olduğunu, əhval-ruhiyyəsini yüksək saxlayaraq mütaliə etdiyini və şeirlər yazdığını bildirib.

Vəkil saxlanılma anı ilə bağlı diqqətçəkən detallara da toxunub.

Onun sözlərinə görə, avtomobildə başqa şəxslər də olsa da, Navai məsuliyyəti özü üzərinə götürməyi üstün tutub:

“Təqsiri başqası da üzərinə götürə bilərdi, lakin Navai belə addım atmağı daha doğru hesab etdi. Mənim subyektiv fikrimcə, o, günahsızdır. Lakin təqsiri etiraf edib-etməmək birbaşa Navainin öz qərarıdır”, – deyə vəkil vurğulayıb.

Vəkil Kərimova həmçinin reperin müdafiə taktikasını açıqlayaraq istintaq prosesini mürəkkəbləşdirmək istəmədiyini və yaxın vaxtlarda tam azadlığa çıxacağına ümid etdiyini əlavə edib.