Dövlət Turizm Agentliyinin tabeliyində Qoruqları İdarəetmə Mərkəzində kütləvi ixtisarlar yaşanır.
Tribuna.az -ın əldə etdiyi məlumata görə, Mərkəzdə çalışan 60-a yaxın işçinin qarşısında işdən çıxarılmaları barədə ərizə yazmaq tələbi qoyulub.
Məlumata görə, onlardan 30-a yaxın çalışan artıq işdən çıxarılıb.
İxtisarların yaşandığı struktur vahidlərinin arasında əsasən, Mərkəzin memarlıq və dizayn şöbəsi, insan resurslarının idarə edilməsi, hüquq və sənədlərlə iş sektoru, qoruqlarla iş və biznesin inkişafı şöbəsinin adı çəkilir.
Sənan Məmmədli









