Qızılın qiyməti 4800 dolları ötdü

Qızılın qiyməti 4800 dolları ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya əmtəə bazarlarında qızıl qiyməti tarixi rekordunu yeniləyərək 4800 dolları ötüb.

Tribuna.az xəbər verir ki, qızılın həm fyuçers, həm də spot qiymətləri artıb. Məlumata görə, Comex-də qızılın fevral 2026 fyuçers kontraktı sutka ərzində 96,8 dollar və ya 2,03% artaraq 1 troya unsiyası üçün 4 862,6 dollar səviyyəsinə yüksəlib.

Eyni zamanda, spot qızılın (XAU/USD) qiyməti 102,2 dollar və ya 2,15% artaraq 4 865,6 dollar təşkil edib.