“Qarabağ”ın zədələnən futbolçusu üçün mövsüm bitdi

“Qarabağ”ın zədələnən futbolçusu üçün mövsüm bitdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın futbolçusu Coni Montiel bu gün əməliyyat olunub. 

Bu barədə  Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Zədəsi ciddi olan futbolçu 1 ay yaşıl meydanlara qayıtmayacaq. Montiel üçün mövsüm artıq başa çatıb.

Qeyd edək ki, Montiel Misli Premyer Liqasının XXI turunun təxirə salınmış “Neftçi” ilə oyununun 39-cu dəqiqəsində rəqib futbolçu Emil Səfərovun kobud davranışından sonra zədələnərək birbaşa xəstəxanaya aparılmışdı.

“Neftçi” – “Qarabağ” görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.