“Qarabağ” azarkeşləri “Neftçi”ni söydü – Klub 8 min cərimələndi

“Qarabağ” azarkeşləri “Neftçi”ni söydü – Klub 8 min cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Tribuna.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı qərarlar qəbul edilib.

“Neftçi”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” 700 manat cərimə edilib.

“Qarabağ”ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Qarabağ” 8000 manat cərimə edilib.