Azərbaycan çempionu “Qarabağ” UEFA Avropa Liqasında qrup mərhələsinin ikinci turu çərçivəsində oktyabrın 4-də İngiltərənin “Arsenal” klubunu qəbul edəcək.
TİA.AZ xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutacaq matçın biletləri bu gündən etibarən satışa çıxarılacaq. Biletlərin qiymətləri 2 AZN, 5 AZN, 15 AZN, 20 AZN və 50 AZN-di.
Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iticket.az saytından əldə edə bilərlər.
Satış məntəqələri:
Qarabağ FK Fan-şop (Park Bulvar)
İticket kassaları
Sumqayıt şəhəri (ASAN Xidmət)
28 Mall
Gənclik Mall









