Əfqanıstanın müstəqil seçki komissiyası ölkənin indiki Prezidenti Məhəmməd Əşrəf Qanini sentyabr ayında dövlət başçısı vəzifəsinə keçirilən seçkilərin qalibi elan edib. Bu barədə “Tolo News” xəbər verib.
Qeyd edilir ki, 2014-cü ildən bu postu tutan Qaniyə 923 868 seçici (50,64 %) səs verib. Onun əsas rəqibi, ökənin Baş Naziri Abdulla Abdulla 720 99 səs toplayıb (39,52 %).
Dövlət başçısı qərargahında səsvermənin nəticələri saxta adlandırılıb, seçki komissiyası qeyri-obyektivlikdə və indiki Prezidenti dəstəkləməkdə günahlandırılıb.









