Qadın güləşçimiz Avropa çempionu oldu

Qadın güləşçimiz Avropa çempionu oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Şimali Makedoniyanın Skopye şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.
Tribuna.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası (AGF) məlumat yayıb.
62 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz finalda türkiyəli Özdenur Özmezlə qarşılaşıb.
Rəqibinə 6:0 hesabıyla qalib gələn həmyerlimiz titulunu qoruyub. Bununla da Ruzanna Azərbaycan güləşi tarixində U-20 yaş qrupunda 3 qat Avropa çempionu olan ilk qadın güləşçi olub.