İsmayıllıda ağır yol qəzası baş verib.
Tribuna.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə dünən axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində qeydə alınıb.
Hərəkətdə olan “Toyota Land Cruiser” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə, sürücü 41 yaşlı Samir Abdullayev aldığı xəsarətlərdən vəfat edib.
Yaxınlarının bildirdiyinə görə, S.Abdullayev iş adamı olub. O bu gün İsmayıllı rayonu ərazisində yeni restoranının açılışını planlaşdırırmış.









