“Bursaspor”un formasını geyinən azərbaycanlı gənc müdafiəçi Toral Bayramov karyerasında böyük bir addım atmağa çox yaxındır.
Tribuna.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istedadlı futbolçu menecerlər vasitəsilə Super Liqanın iddialı kollektivlərindən olan “Eyüpspor”a təklif edilib.
Son mövsümlərdə nümayiş etdirdiyi sabit və inamlı oyunla diqqətləri üzərinə çəkən gənc oyunçunun bu keçidində vasitəçilər artıq ilk təmasları qurublar. İstanbul təmsilçisinin məşqçilər korpusu futbolçunun matçlarını analiz etdikdən sonra transferlə bağlı yekun qərarını verəcək.
Danışıqlar müsbət yekunlaşacağı təqdirdə, azərbaycanlı müdafiəçi qardaş ölkənin elitasında mübarizə aparmaq şansı əldə edəcək.









