Bitkoinin hazırkı yüksəlişi getdikcə daha fundamental xarakter alır və həm institusional, həm də fərdi investorların rəqəmsal aktivlərə marağının gücləndiyini göstərir. Əlverişli makroiqtisadi fonla yanaşı, bazarı spot Bitcoin ETF-ləri vasitəsilə kapital axınının bərpası da dəstəkləyir: təkcə 17–20 avqust tarixlərində bu fondlara təxminən 1,6 milyard ABŞ dolları həcmində vəsait daxil olub. Bundan əlavə, Ethereum ETF-lərinə marağın artması və tənzimlənən infrastrukturun daha da inkişaf etməsi də müsbət dinamikanı gücləndirir.
Eyni zamanda, kriptovalyuta bazarının strukturu da dəyişir: bitkoin real kapital axınlarına və institusional investorların mövqelənməsinə getdikcə daha həssas reaksiya verir. Binance Research-qeyd edir ki, ETF-lər, korporativ investorlar və uzunmüddətli sərmayəçilər tərəfindən formalaşan tələb bazarın dəstəklənməsində mühüm rol oynamaqda davam edir.
Müsbət məqamlardan biri də bərpanın yalnız bitkoinlə məhdudlaşmamasıdır. Ethereum da institusional kapital cəlb edir, kriptovalyuta bazarının ümumi kapitallaşması isə yenidən 2 trilyon ABŞ dollarını ötüb. Bu, investorların bütövlükdə rəqəmsal aktivlərə marağının bərpa olunduğunu göstərir.
Uzunmüddətli yüksək volatillik dövründən sonra ayı bazarının sona yaxınlaşdığına və kriptovalyuta bazarının yeni yüksəliş mərhələsinə qədəm qoyduğuna ümid etməyə əsas var. Əgər institusional kapital axınları, tənzimlənən məhsulların inkişafı və real tələb güclənməkdə davam edərsə, hazırkı impuls daha dayanıqlı bərpa və rəqəmsal aktivlər bazarının gələcək genişlənməsi üçün əsas yarada bilər.









