“Qaçqınkom” yenə təmirə hazırlaşır: Bu dəfə 450 minlik büdcə ayırıb

“Qaçqınkom” yenə təmirə hazırlaşır: Bu dəfə 450 minlik büdcə ayırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi növbəti tenderinin nəticəsini açıqlayıb.

Tribuna.az xəbər verir ki, qurumun Mənzil İstismar Departamenti daha bir neçə şəhər və rayonda təmir işləri gördürəcək.

Belə ki, “Qaçqınkom” Bakı, Sumqayıt, Mingəçevir şəhərilərində və Biləsuvar, Bərdə rayonlarında salınmış məcburi köçkün qəsəbəsində fərdi yaşayış evlərinin və mənzillərinin təmirini reallaşdıracaq. Həmin işlərin görüllməsini isə “İS TƏMİR TİKİNTİ” MMC həyata keçirəcək. Komitə tenderin qalibinə bu işlərin müqabilində 447 min 667 manatlıq büdcə ayırıb.

Fərda Uğur