Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) yeni tenderinin nəticəsini açıqlayıb. Tribuna.az xəbər verir ki, qurumun Mənzil İstismar Departamenti Goranboyda qaçqınların yaşadığı bina və mənzilləri təmir edəcək.
Məlumatda qeyd edilir ki, tenderin qalibi “ART-PROJE” MMC olub. “Qaçqınkom”la şirkət arasında bağlanmış müqavilənin dəyəri isə 468 min 28 manat təşkil edib.
Fərda Uğur









