Putin Lukaşenkoya təşəkkür etdi

Putin Lukaşenkoya təşəkkür etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin növbəti telefon danışığı zamanı “Vaqner”in rəhbəri Yevgeni Priqojin ilə danışıqların nəticələrini müzakirə ediblər.

Bu barədə Belarusun teleqram kanalları məlumat yayıb.

Rusiya Prezidenti aparılan danışıqlara belaruslu həmkarına təşəkkür edib.

Qeyd edək ki, “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.