Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq.
Tribuna.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında Quba Olimpiya İdman Kompleksinin stadionunda “İmişli” və “Karvan-Yevlax” komandaları qarşılaşacaq. Baş hakim Kamranbəy Rəhimovun idarə edəcəyi görüş saat 14:00-da start götürəcək.
Hazırda “İmişli” 15 xalla turnir cədvəlinin 9-cu, “Karvan-Yevlax” 5 xalla 12-ci pilləsində qərarlaşıb.
Turun son görüşündə isə “Neftçi” “Palms Sports Arena”da “Sumqayıt”ı qəbul edəcək. Baş hakim Rauf Cabarovun idarə edəcəyi oyun saat 19:00-da start götürəcək. “Ağ-qaralar” hazırda 16 xalla turnir cədvəlinin 8-ci, “kimyaçılar” isə 26 xalla 4-cü pilləsində qərarlaşıb.
Azərbaycan Premyer Liqası, XV tur
15 dekabr
14:00. “İmişli” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Quba OİK
19:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Palms Sports Arena”
Qeyd edək ki, turun daha önxə baş tutan görüşlərində “Şamaxı” “Zirə”ni 2:1, “Kəpəz” “Qəbələ”ni 1:0, “Qarabağ” “Araz-Naxçıvan”ı 5:1, “Sabah” isə “Turan Tovuz”u 3:1 hesabı ilə məğlub edib.









