Premyer Liqa: “Kəpəz” “Zirə” ilə, “Neftçi” “Turan”la üz-üzə

Premyer Liqa: “Kəpəz” “Zirə” ilə, “Neftçi” “Turan”la üz-üzə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misli Premyer Liqasında XIII tura start veriləcək.

Tribuna  xəbər verir ki, açılış qarşılaşmasında “Kəpəz” “Zirə” ilə üz-üzə gələcək. Görüş saat 14:00-da start götürəcək.

Qeyd edək ki, “Kəpəz” klubu 6 xalla onuncu, Zirə təmsilçisi isə 23 xalla ikinci pillədə qərarlaşıb.

Daha sonra “Neftçi” “Turan”nın qonağı olacaq. Matç saat 18:30-da başlayacaq.

“Neftçi” klubu 15 xalla səkkizinci, “Turan” komandası isə 23 xalla üçüncü sıradadır.

Premyer Liqanın XIII turuna noyabrın 30-u yekun vurulacaq.