Separatçı Vitali Balasanyan son açıqlamasında İranın aktiv müdafiə edilməsini təklif edib.
Tribuna.az xəbər verir ki, o, SSRİ kimi İranın da dəstəklənməsinin vacibliyini qeyd edib.
Balsanyan bildirib ki, Ermənistan bunun üçün zəruri olan addımları atmalıdır. O, həmçinin TRİPP layihəsinə qarşı çıxaraq, onun kağız üzərində qalacağını iddia edib.
Lakin politoloq Styopa Safaryan ona verdiyi cavabında bildirib ki, Balasanyan kimiləri Ermənistanda saxlamaq lazım deyil. “Bu adam heç Ermənistan vətəndaşı deyil. Amma İrəvanda bina tikir, bizim pulumuzla varlanır. Kim ona belə şərait yaradıb? Balasanyanı Ermənistandan qovulmalıdır. Hətta onu Azərbaycana da təhvil vermək olar”.
Fərda Uğur









