Peskov: Putinin SSRİ-ni bərpa etmək planı yoxdur

Peskov: Putinin SSRİ-ni bərpa etmək planı yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putinin Sovet İttifaqını 2024-cü ilə qədər yenidən qurmaq planları yoxdur.

TİA.AZ RİA Novosti-yə istinadən bildirir ki, bunu Prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov həmçinin qeyd edib ki, Rusiya və Gürcüstan Tbilisi üçün neytral statusu saxlamaqla, eləcə də NATO-ya qatılmamaqla bağlı danışıqlar aparmır.

Xatırladaq ki, daha əvvəl Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili istisna etməmişdi ki, Gürcüstan və Rusiya ümumiyyətlə bir ölkəyə çevrilə bilər, çünki onun fikrincə, Rusiya rəhbərliyi 2024-cü ilə qədər SSRİ-nin bərpasını planlaşdırır. Bununla belə, Saakaşvili bu məlumatı haradan əldə etdiyini açıqlamamışdı.

Saakaşvili, eyni zamanda, Gürcüstan hakimiyyətinin Moskvanın təzyiqi ilə NATO-ya üzv olmaq yolundan əl çəkə biləcəyini söyləmişdi.