PENTAQONDA BAŞ VERƏN PARTLAYIŞIN SAXTA GÖRÜNTÜSÜ YAYILDI

PENTAQONDA BAŞ VERƏN PARTLAYIŞIN SAXTA GÖRÜNTÜSÜ YAYILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqonun yaxınlığında baş verən partlayışın süni intellekt tərəfindən yaradılan fotoşəkilləri çaşqınlıq yaradıb.

Tribuna.az “Son Dakika” xəbər agentliyinə istinadən bildirir ki, binanın və yüksələn qara tüstünün görüntüləri paylaşıldıqdan sonra, mavi işarəsi belə saxta olan “Bloomberg” Tviter hesabından başlayaraq, S&P 500 birjasında ciddi eniş müşahidə edilib.

Birjada baş verən dalğalanmadan sonra milyonlarla dolların itirildiyi düşünülür.

Partlayışın real olmadığı və görüntülərin süni intellektlə yaradıldığı anlaşılsa da, televiziyada saxta fotoya münasibət bildirən Rusiya və Hindistan xəbər agentlikləri mövzunu hərtərəfli gündəmə gətirdikdən sonra artıq gec olub.