Paşinyandan dörd uşağı olan Anna Akopyan kimdir? – Dosye

Paşinyandan dörd uşağı olan Anna Akopyan kimdir? – Dosye

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Anna Akopyan Ermənistanın baş naziri Nikol Paşinyanla vətəndaş nikahının pozulduğunu açıqlayıb. Bu günə qədər vətəndaş nikahında yaşayan cütlük artıq rəsmi nikaha girib. O, özünün “Facebook” səhifəsində belə yazıb:
“Əziz həmvətənlərim,
Sizə bildirirəm ki, Baş nazir Nikol Paşinyanla vətəndaş nikahım sona çatıb.
Bu mövzunu müzakirə edərkən hər kəsdən təmkinli və nəzakətli olmağı xahiş edirəm. Təşəkkür edirəm”.

Tribuna.az xəbər verir ki, Anna Vaçiki Aakobyan 1 fevral 1978-ci ildə İrəvanda doğulub.
Anna Aakobyan İrəvan Dövlət Universitetində təhsil alıb. Məzun olduqdan sonra Ermənistanda jurnalist kimi fəaliyyətə başlayıb. Ermənistandakı ən böyük qəzet olan Armenian Times-ın baş redaktoru olub.
Anna Aakobyan Nikol Paşinyanla hələ gənclik illərindən, tələbəlik dövründə tanış olublar. Onların tanışlığı İrəvan Dövlət Universitetində baş verib. Tanışlıqları qısa müddətdə münasibıtəı çevrilib və sonradan ailə qurublar.

Akopyan keçmiş prezident Serj Sarkisyanın Baş Nazirliyə namizədliyini irəli sürməsinə cavab olaraq bir sıra hökumət əleyhinə dinc kütləvi etiraz aksiyaları olan 2018-ci il erməni inqilabında fəal iştirak edənlərdən olub.
Anna 8 may 2018-də əri Nikol Paşinyanın Baş Nazir olaraq seçilməsindən sonra Baş Nazirin xanımı oldu. 2018-ci ilin avqustunda “Woman’s World” adlı Amerikan jurnalı tərəfindən keçirilən bir sorğuda Anna 2018-ci ilin ən gözəl “First Lady”si seçilib.

Anna-Nikol cütlüyünün 4 övladı var. Ailən böyük övladı Mariam Paşinyandır. Yeganə oğlulları isə Aşot Paşinyandır. Digər qızları isə Şuşan və Arpi Paşinyandır.

Gülşən Rəsul