Nəriman bu tarixdə ABŞ-yə gedir

Nəriman bu tarixdə ABŞ-yə gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kolambus Kryu” klubu ilə anlaşan Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin ABŞ-yə getmək üçün iş icazəsi alınıb.

Tribuna.az xəbər verir ki, bu barədə forvardın meneceri Tural Əsgərov məlumat verib.

O bildirib ki, futbolçunun vizası alınandan sonra isə o, ABŞ-yə yollanacaq: “Bu gün vizanı almalı idik, amma qaldı. Növbəti həftənin əvvəli yəqin ki, vizasını alıb ABŞ-yə gedəcək. Təxminən martın 10-11-i o, “Kolambus Kryu”nun düşərgəsinə yollanacaq”.

Xatırladaq ki, “Kolambus Kryu” “Qarabağ”ın sabiq futbolçusuyla 3,5 illik müqavilə imzalayıb. Razılaşma fevralın 10-da baş tutsa da, işçi vizasının alınmasının yubanması Nərimanın ABŞ-yə getməyini təxirə salmışdı.

Sənan Məmmədli