AFFA Gənclər Liqasında keçirilən “Neftçi” U-19 – “Qarabağ” U-19 (3:4) matçında qalmaqallı an yaşanıb.
Tribuna.az xəbər verir ki, qarşılaşmanın 86-cı dəqiqəsində meydan sahiblərinin vurduğu 3-cü qol zamanı fair-play-ə əməl etməməsi ağdamlıların etirazına səbəb olub.
Belə ki, “Neftçi”nin hücumu zamanı “Qarabağ”ın qapıçısı yerdə qalsa da, onlar oyunu davam etdirib və qol vurub.
Referi də qolu hesaba alıb.









