Brent markalı neftin qiyməti artaraq 104,91 dollar/barelə çatıb.
Tribuna.az xəbər verir ki, buna səbəb ABŞ və İran arasında danışıqlarda irəliləyişin olmaması olub.
Londondakı ICE Futures birjasında iyul ayı üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 0,70 dollar (0,67%) artaraq bir barel üçün 104,91 dollara çatıb.
Nyu-York Ticarət Birjasında (NYMEX) keçirilən elektron ticarət əməliyyatlarında WTI markalı xam neftin iyun ayı üçün fyuçerslərinin qiyməti 0,88 dollar (0,9%) artaraq bir barel üçün 98,95 dollara çatıb.
Fərda Uğur









