Nazirlik ağac kəsənləri cərimələdi – FOTO

Nazirlik ağac kəsənləri cərimələdi – FOTO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Ülvi Rəcəb küçəsi 64 ünvanında, “Firuzə” Şadlıq Sarayının qarşısında ağacların kəsilməsi ilə bağlı mediada gedən iddialar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən araşdırılıb.

Bu barədə Tribuna.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsi 64 ünvanında şam ağacının kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb:

“Araşdırma zamanı hasarlanmış ərazidə 1 şam ağacının götürüldüyü, təbiətə 5400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.

Eyni zamanda, götürülmüş ağacın yerində yeni tingin əkilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub”.

Nigar İxtiyarqızı