İranın iqtisadiyyat naziri Əli Mədinəzadə ölkə iqtisadiyyatının durumunu ağır adlandırıb.
Tribuna.az xəbər verir ki, o, bəzi etiraflar edib.
Mədənizadə bildirib ki, son 6 ayda iqtisadi sahədə idarəçilik problemləri meydana çıxıb. “Mən demirəm ki, indi vəziyyət yaxşıdır. Əksinə, vəziyyət çox pisdir. Son 6 ayda ölkəni idarə etmək çox çətin olub. Aylıq subsidiyaların, maaşların pulunun haradan tapıb verəcəyi ilə bağlı mübarizə aparırıq”.
Fərda Uğur









