Tanınmış müğənni Navainin “Devoçka Voyna” (Девочка Война) mahnısının klipində rol alan aktrisa, fotoqraf və bloqçu 34 yaşlı Kseniya Dobromilova Moskvanın Bolşaya Doroqomilovskaya küçəsindəki yolda motosikletin tryuklarını çəkərkən vurularaq ölümcül vəziyyətdə qalıb.
Tribuna.az xəbər verir ki, nəticədə aktrisa çoxsaylı sınıqlar alıb.
Gələn təcili yardım işçiləri onu həyata qaytarmağa çalışsalar da, Dobromilova hadisə yerində ölüb.
Qısa müddət sonra mahnının ifaçısı, reper Navai, yaxınlıqda qəza törədərək Ferrari avtomobilini Zubovski bulvarında səkiyə çırpıb. Reper və sərnişini xəsarət almayıblar.
Gülşən Rəsul









