NATO YEKDİLLİKLƏ RUSİYANIN UKRAYNAYA QARŞI HƏRƏKƏTLƏRİNİ “SOYQIRIM” KİMİ TANIYIB
NATO ölkələrinin Parlament Assambleyası yekdilliklə Rusiyanın Ukraynaya qarşı “cinayətlərini” “soyqırım” kimi tanıyıb.
Tribuna.az-ın xəbərinə görə, bu barədə Lüksemburqdakı assambleyada Ukrayna nümayəndə heyətinin rəhbəri Yeqor Çernev məlumat verib.
“Bu, bizim diplomatik qələbəmizdir. Bəyannamənin yekun mətni ilə bağlı bütün əsas istəklərimiz nəzərə alınıb”, – Çernev bildirib.
Bəyannamə Rusiyanın hərbi cinayətləri üzrə beynəlxalq tribunalın yaradılmasını dəstəkləyir və Ukraynaya qalib gəlməyə kömək edəcəyini vəd edir.
Assambleya iştirakçıları Ukraynanın ərazi bütövlüyünü bərpa etmək, növbəti sanksiyaları həyata keçirmək və Marşal planına uyğun olaraq ölkə iqtisadiyyatının yenidən qurulmasına kömək etmək öhdəliyinə sadiq olduqlarını bəyan ediblər.
Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində NATO Parlament Assambleyasının bəyannaməsini yüksək qiymətləndirib.









