Natiq Cəfərli: “Neftin bahalaşması yaxşıdır, amma…”

Natiq Cəfərli: “Neftin bahalaşması yaxşıdır, amma…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neft bahalaşanda, təbii ki, Azərbaycanın valyuta gəlirləri, daxiolmaları, ticarət dövriyyəsinin müsbət saldosu artır – bu çox yaxşıdır. Amma, dünyada neft bahalaşanda mal və xidmətlərin maya dəyəri, daşınma xərcləri, logistik yollarda xaotik duruma görə sığorta xərcləri də artır”.

Tribuna.az xəbər verir ki, bu fikirlər REAL Partiyasının sədri Natiq Cəfərliyə məxsusdur.

O qeyd edib ki, hazırdda Azərabycan yediyinin-içdiyinin 75%-ni, geyindiyinin 87-88%-ni, əlində tutduğu telefonun, işlədiyi kompyuterin 100%-i, sürdüyü maşının 99,5%-i, avtomobil ehtiyat hissələrinin 99%-i və s. xaricdən idxal edir. “İdxaldan bu qədər asılı olan ölkə, neft qiymətlərinin artmasına görə qazandığı, idxaldan sılılığıa görə artıqlaması ilə itirir”.

Cəfərli vurğulayıb ki, neft gəlirlərinin artması sosial xərcləri birbaşa artırmaz. “Bəlkə buna heç ehtiyac da yoxdur. Gəlir artırsa, vergi-rüsum-cərimələri azaltsınlar. Bu daha yaxşı, daha doğru, daha təməl addım olar, iqtisadi aktivliyi canlandırar”.

Fərda Uğur