Müştəri yönümlü strategiyasının davamı olaraq təqdim edilən və müştəri xidməti funksiyasını reallaşdıran “Nar+” tətbiqi hesabı daha asan idarə etmək, nömrəni hər zaman nəzarət altında saxlamaq, bütün xidmət və məhsullardan xəbərdar olmaq imkanı verir.
Abunəçilərinin etibarlı tərəfdaşı kimi “Nar”-ın həyata keçirdiyi müştəri yönümlü strategiyası müştəri məmnuniyyətinin artımına da səbəb olub. Abunəçilərinə göstərdiyi yüksək keyfiyyətli xidmət sayəsində 2 il ərzində ilk dəfə olaraq “Nar” mobil operatorlar arasında müştəri loyallığı indeksi üzrə birinci olub.
Mobil operatorun müştəri xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.









