Misirin sabiq prezidenti, mərhum Məhəmməd Mursinin kiçik oğlu Abdullah da vəfat edib.
Qaynarinfo xəbər verir ki, 24 yaşlı Abdullah Mursi də atası kimi infarktdan dünyasını dəyişib.
Bu barədə Qahirədəki Əl-Vahat xəstəxanasındakı mənbə məlumat verib. Bildirilib ki, Abdullah Mursi xəstəxanaya gətirilməmişdən ölüb. Mursi ailəsinin vəkili Əbd əl-Manaam Əbd əl-Maksud xəbəri təsdiq edib.
Qeyd edək ki, Məhəmməd Mursi 2012-2013-cü illərdə Misir prezidenti olub. 2013-cü ilin 3 iyulunda baş verən dövlət çevrilişindən sonra həbs olunub. Bu ilin 17 iyununda məhkəmə iclası zamanı infarktdan vəfat edib. Onun xərçəng xəstəliyindən də əziyyət çəkdiyi deyilirdi.









