“Mossad”: “SEPAH-ın BTC-ni partlatmaq planının qarşısı alınıb”

“Mossad”: “SEPAH-ın BTC-ni partlatmaq planının qarşısı alınıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mossad və Azərbaycan kəşfiyyatı Bakı-Tbilisi-Ceyhan qaz kəmərinə təxribat hücumu planlaşdıran cinayətkar qrupu zərərsizləşdirib. Qrup həmçinin İsrailin Bakıdakı səfirliyini və yerli sinaqoqu hədəfə alıb.

Tribuna.az xəbər verir ki, bu barədə Mossad, İsrail Müdafiə Qüvvələri və Şabakın birgə bəyanatında bildirilir.
Məlumatda deyilir ki, saxlanılan şəxslərin üzərində intiharçı dron komponentləri və partlayıcı maddələr olduğu aşkar edilib. “İsrail kəşfiyyatının məlumatına görə, dindirmə zamanı şübhəlilər SEPAH-ın əmri ilə hərəkət etdiklərini etiraf ediblər”.
Məlumata görə, qrupa SEPAH-ın 4000 nəfərlik Xüsusi Əməliyyatlar Bölməsinin rəisi Rəhman Makadam rəhbərlik edib. “İsrail tərəfi iddia edir ki, fəaliyyət SEPAH-ın kəşfiyyat rəisi Məcid Xademinin tapşırığı ilə həyata keçirilib”.
Bundan əlavə, açıqlamada İsrail tərəfinin Türkiyə ərazisindən Kiprə dronların daşınması və Amerika İncirlik hava bazası haqqında məlumat toplaması ilə əlaqələndirdiyi SEPAH zabiti Mehdi Yeha-Dehkandan da (“Doktor”) bəhs olunur.

Fərda Uğur