MOSKVADA DRONLAR YAŞAYIŞ BİNALARINI VURUB

MOSKVADA DRONLAR YAŞAYIŞ BİNALARINI VURUB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dronlar Moskvada iki yaşayış binasını vurub, itki yoxdur.

Tribuna.az Ria Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunur ki, bir pilotsuz uçuş aparatı Profsoyuznaya 98 ünvanında yerləşən yaşayış binasının yuxarı mərtəbələrinə düşüb.
Evin qarşısı və şüşə divarı dağılıb.

İkincisi Yeni Moskvanın Atlasova küçəsindəki 24 mərtəbəli yaşayış binasını vurub.