Moldovada sürücülər etiraz aksiyası keçirir

Moldovada sürücülər etiraz aksiyası keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovada sürücülər benzinin qiymətinin artması ilə əlaqədar paytaxtın ən iri meydanında etiraz aksiyası keçirir.

TİA.AZ-ın məlumatına görə, aksiya iştirakçıları öz avtomobilləri ilə meydana gələrək siqnal verməklə etirazlarını ifadə ediblər.

Qeyd edək ki, bu, onların cari ayda keçirdiləri 3-cü etiraz aksiyasıdır.

İyunun 6-da sürücülər ölkənin iqtisadiyyat naziri Kiril Qaburiçlə görüşsələr də, danışıqlar nəticəsiz qalıb.

Qeyd edək ki, Moldovada Aİ-95 markalı benzin litrinə görə 1,16 dollara, dizel yanacağı isə 1,04 dollara satılır.