Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.
Yığmamız AVRO-2020-nin seçmə mərhələsində dördüncü görüşünü keçirəcək.
Qrupdakı ilk üç matçında rəqiblərinə məğlub olan Nikola Yurçeviçin yetirmələri bu dəfə Uelsin qonağı olacaq. Komandamız heç vaxt qalib gələ bilmədiyi britaniyalıları büdrətmək və ilk xalını qazanmaq niyyətindədi.
İlk 3 oyundan ikisində uduzan Uels doğma arenasında yığmamıza qalib gələ bilməsə, final mərhələsinə vəsiqə şansı minimuma enəcək. Bu səbəbdən Rayan Giqqzin kollektivini yalnız qələbə qane edir. Mövsümə yaxşı başlayan Qaret Beylin başçılıq etdiyi hücum xəttinin qarşısını almaq müdafiəçilərimiz üçün çətin olacaq.
AVRO-2020-nin seçmə mərhələsi
E qrupu, V tur
6 sentyabr
22:45. Uels – Azərbaycan
Hakimlər: Farrucia Kann Trustin, Alan Kamilyeri, Luk Portelyi, Alan Mario Sant (hamısı Malta)
Kardiff şəhər stadionu
| 1 | Macarıstan | 4 | 3 | 0 | 1 | 6-4 | 9 |
| 2 | Slovakiya | 3 | 2 | 0 | 1 | 7-2 | 6 |
| 3
|
Xorvatiya | 3 | 2 | 0 | 1 | 5-4 | 6 |
| 4 | Uels | 3 | 1 | 0 | 2 | 2-3 | 3 |
| 5 | Azərbaycan | 3 | 0 | 0 | 3 | 3-10 | 0 |









