Metroda sıxlıq pik həddə: Qatarlara minmək müşkülə çevrilib

Metroda sıxlıq pik həddə: Qatarlara minmək müşkülə çevrilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən metroda enerji xəttində yaranan nasazlığın təsiri davam edir: Metrodakı sıxlıq səhər saatlarında pik həddə çatıb
Dünən metropolitendə baş vermiş texniki problem bu gün səhər saatlarında da sərnişinlərin hərəkətinə ciddi təsir göstərib. Hazırda metroda sıxlıq müşahidə olunur, bəzi istiqamətlərdə qatarlara minmək demək olar ki, mümkün deyil.

Tribuna.az xəbər verir ki, sərnişinlərin verdiyi məlumata görə, “28 May” – “Əhmədli” xətti üzrə qatarlararası interval təxminən 2,5 dəqiqə təşkil edir. “Bakmil” istiqamətində isə qatarların hərəkəti şənbə günü qrafikinə uyğun tənzimlənib. Bu da həm stansiyalarda, həm də metroların giriş-çıxışında sıxlığa səbəb olub.
Məlumata əsasən, mövcud vəziyyət dünən baş vermiş nasazlıqla əlaqədar aparılan texniki işlərlə bağlıdır.
Sərnişin sıxlığını azaltmaq məqsədilə bəzi marşrut xətlərinə əlavə avtobuslar buraxılıb. Vətəndaşlara alternativ nəqliyyat vasitələrindən istifadə etmək tövsiyə olunur.

Gülşən Rəsul