Məsud Pezeşkian: İrana başqa seçim qoyulmadı

Məsud Pezeşkian: İrana başqa seçim qoyulmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran hərbi qarşıdurmadan yayınmağa çalışıb və ABŞ ilə İsraillə gərginliyi diplomatik yollarla, eləcə də ərəb ölkələrinin vasitəçiliyi ilə həll etməyə cəhd göstərib.

Tribuna.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bəyan edib.

Onun sözlərinə görə, ABŞ və İsrailin aqressiv addımları Tehrana özünü müdafiə etməkdən başqa seçim buraxmayıb.

Prezident bildirib ki, İran müharibə istəməyib, lakin ölkənin təhlükəsizliyi və suverenliyi təhdid olunarsa, cavab vermək məcburiyyətində qalacaq.

İmran Kərimli